Deputat Çingiz Qənizadənin adından dələduzluq edirlər. Deputat Çingiz Qənizadənin adından dələduzluq edirlər.

Deputat Çingiz Qənizadə: "Mənim adımla pul yığırlar, nazirliyin də xəbəri var"

Deputat Çingiz Qənizadənin adından dələduzluq edirlər.

AzNews.az xəbər verir ki, bu barədə "Sherg.az”a deputatın özü məlumat verib.
O qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi ona zəng edərək bir nəfər şəxsin Lerik və Göygöl avtovağzallarının rəhbərliyinə yaxınlaşaraq Məmmədov Cəfər Muxtar oğlunun adına pul köçürülməsini istəyiblər: "Onlar özlərini mənim təşkilatımın nümayəndəsi kimi təqdim ediblər. Pul yığıb jurnal buraxacaqlarını deyiblər. Təşkilatın da adı "Yol daşıyıcıları” olub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən mənə verilən məlumata görə, həmin şəxsin adı Pərvindir. Əlaqə nömrəsi də 050 677 73 51-dir. Artıq bu nömrəyə bir neçə dəfə yığsam da, telefon söndürülüb. Mən sizin vasitəsilə ictimaiyyətə müraciət edirəm ki, belə hallarla dövlət və özəl təşkilatlar qarşılaşsalar, dərhal o adamları saxlayıb polis orqanlarına təhvil versinlər”.