08:42
(077) 610-22-33

Prezidentin Baltikyanı ölkələrə səfəri başladı

  • >
390 2 Aprel 2013 08:04 | Region

Türkiyə prezidenti Abdulla Gülün Baltikyanı ölkələrinə səfəri başlayıb. Səfərdə prezidenti AB naziri Egemen Bağışla dənizçilik, kommunikasiya və rabitə naziri Binəli Yıldırım müşayiət edir.

Abdulla Gül və onu müşayiət edən heyət dünən axşam Latviyanın paytaxtı Riqaya gedib.

Rəsmi səfər proqramı isə bu gün başlayır. Abdulla Gül Latviya prezidenti Andris Berzins tərəfindən rəsmi törənlə qarşılanacaq. Görüşlərdən sonra iki prezident birlikdə mətbuat konfransı keçirəcək.

Gül daha sonra Riqanın simvolu olan Azadlıq abidəsini ziyarət edəcək.

İki prezident Türkiyə-Latviya Biznes Forumunda iştirak edəcək.

Daha sonra Türkiyə prezidenti Litvaya səfər edəcək. Gül bu ilin ikinci yarısında Avropa Birliyinə sədrlik edəcək Litvanın paytaxtı Vilnüsdə mühüm görüşlər keçirəcək. Litva səfəri çərçivəsində TRT ilə bu ölkənin dövlət televiziyası arasında saziş imzalanacaq. Sənədə TRT-nin baş direktoru İbrahim Şahin imza atacaq.

AzNews.az
Bağla X