01:31
(077) 610-22-33

Prezident hesab verdi

  • >
178 2 Aprel 2013 11:54 | Region

Ukrayna prezidenti Viktor Yanukoviç şəxsi gəlirləri barədə ictimaiyyətə hesabat verib. Viktor Yanukoviç bildirib ki, 2012-ci ildə onun 20 milyon 388 min 314 qrivna (2,55 milyon dollar) gəliri olub. Bu gəlirdən 774 min 874 qrivnanı (97 min dollar) prezident olaraq aldığı əmək haqqıdan əldə edib.

Qeyd edək ki, Ukrayna prezidenti ötən il bank depozitlərindən də 4 milyon 62 min 437 qrivna (508 min dollar) qazanıb. Bundan əlavə 2012-ci ildə Viktor Yanukoviçə müəllif hüququna görə 15 milyon 551 min qrivna (1,94 milyon dollar) təqdim olunub. Əldə olunan gəlirdən 2 milyon 643 min qrivna (330 min dollar) dövlətə vergi ödənib.

AzNews.az
Bağla X