Dünyanın ən nüfuzlu 500 şəxsiyyəti -FOTO

ABŞ da dərc olunan "Forin polisi" (Foreign Policy) jurnalının hazırladığı "Dünyanın ən nüfuzlu 500 şəxsiyyəti" siyahısına Türkiyənin nüfuzlu şəxslərinin də adları daxil edilib.

Siyahıda Prezident Abdullah Gül, baş nazir Rəcəb Təyyib Ərdoğanla yanaşı, Fəthullah Gülən Xocaəfəndinin də adına yer verilib.

Maraqlıdır ki, jurnal digər qurumların və medianın bu tipli reytinq araşdırmalarından faydalanaraq hazırladığı həmin siyahını "Güc xəritəsi" adlandırıb.

Siyahıda siyasətdən iqtisadiyyata, mediadan enerji sektoruna, hərb mühəndisliyindən din sahəsinə qədər dünyada güclü nüfuza malik, öz sahəsində böyük uğurlara imza atmış şəxsiyyətlərin adı var.

"Dünyanın ən nüfuzlu 500 şəxsiyyəti" siyahısına Türkiyədən daxil olan şəxslər:

-Prezident Abdullah Gül
-Baş nazir Rəcəb Təyyib Ərdoğan
-Xarici işlər naziri Əhməd Davudoğlu
-Milli müdafiə naziri İsmət Yılmaz
-Maliyyə naziri Mehmet Şimşək
-CXP-nin (Cümhuriyyət Xalq Partiyası) sədri Kamal Qılıcdaroğlu
-Fəthullah Gülən
-Pravoslav Kilsəsinin başçısı Bartolomeos


AzNews.az
image description image description image description image description image description image description image description