İran səfirliyindən həbs olunan elmi işçi ilə bağlı AÇIQLAMA

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin Təbrizdə həbs olunmasından xəbərsizdir.

İranın Azərbaycandakı səfirliyindən verilən cavabda bununla bağlı onlarda məlumatın olmadığı bildirilib.

"Səfirlikdə bununla bağlı hər hansı məlumat yoxdur"-deyə vurğulanıb.

Qeyd edək ki, aprelin 30-da İranda azərbaycanlı elmi yazıçı Xalidə Xalid və onun köməkçisinin saxlanıldığı barədə məlumat yayılıb.

Xalidə Xalidin oğlu Xalid Məmmədli "Azadlıq" radiosuna deyib ki, anasının telefonuna zəng çatmır: "Məlumat gözləyirik. Ona görə heç nə deyə bilməyəcəyik".

Xalid Məmmədli anasının İrana şəhriyarşünas alim kimi elmi işi ilə bağlı getdiyini bildirir.

"Oyannews"un məlumatına görə, Xalidə Xalid və yardımçısı aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, 3 azərbaycanlı fəalın da həbs edildiyi bildirilir. Onların Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşdıqları söylənilirr.

Saxlanan azərbaycanlı fəallar – Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.//modern.az//

AzNews.az