İran prezidenti həbs olundu

İran prezidenti Mahmud Əhmədinejatın həbs olunduğu və 7 saat ərzində dindirildiyi barədə məlumat yayılıb.

Dindirilməyə götürülərkən Mahmud Əhmədinejadın mühafizəçiləri tərkisilah edilib, onların bütün rabitə vasitələri əllərindən alınıb, prezident isə "İran İslam İnqilabının Keşikçiləri Korpusu"nun (SEPAH) əks-kəşfiyyat idarəsinin yüksək rütbəli zabitləri tərəfindən dindirilib.

Məlumatlara görə, dindirilmə prosesi 7 saat davam edib. M.Əhmədinejadın ifadəsinin alınması əməliyyatına SEPAH-ın təhlükəsizlik və əks-kəşfiyyat idarəsinin rəisi, general Hüsseyn Taebi başçılıq edib.

İddialara görə, M.Əhmədinejad və onun yaxın ətrafı "İran adlanan yerdəki hakimiyyətin mövcudluğu və sabitliyi , habelə ölkənin təhlükəsizliyi və rifahı üçün təhlükə yarada biləcək məlumatlarla sənədləri açıqlamaq cəhdləri"ndə suçlanıb.

Elnarə
AzNews.az