Suriya-Türkiyə sərhədində, ölkənin Şanlıurfa vilayətinin Akçakale nəzarət-buraxılış məntəqəsində suriyalı qaçqınlar və polis arasında atışma olub Suriya-Türkiyə sərhədində, ölkənin Şanlıurfa vilayətinin Akçakale nəzarət-buraxılış məntəqəsində suriyalı qaçqınlar və polis arasında atışma olub

Sərhəddə atışma: yaralananlar var

Suriya-Türkiyə sərhədində, ölkənin Şanlıurfa vilayətinin Akçakale nəzarət-buraxılış məntəqəsində suriyalı qaçqınlar və polis arasında atışma olub



Bu barədə Trend cümə axşamı "Sabah" onlayn-qəzetinə istinadən məlumat verir.
Sənədlərində olan problemlərə görə Türkiyəyə buraxılmayan bir qrup suriyalı qaçqın polis və sərhədçilərə atəş açıb. Nəticədə yeddi nəfər yaralanıb, onlardan üçü polis, ikisi hərbçi, daha ikisi isə dinc sakindir.

Hadisə yerinə təcili yardım maşınları və əlavə təhlükəsizlik qüvvələri göndərilib.

AzNews.az