10:22
(077) 610-22-33

İranda 4 nəfər edam edilib

  • >
213 3 May 2013 08:47 | Region

İranın Mərkəzi vilayətində 4 nəfər edam edilib



APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.

Onların üzərindən ümumilikdə 7 kiloqram heroin, krak və şüşə adlı narkotik maddələr götürülüb. Məhbusların yalnız ad və soyadlarının baş hərfləri qeyd edilib. Onlar barəsində Ərak İnqilab Məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 2-də səhər saatlarında Əraq şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Qeyd edək ki, "Amnesty İnternational" təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, 5 nəfər Əhvaz, 4 nəfər Dezful, 4 nəfər Kirman, 3 nəfər Bəm, 3 nəfər Urmiya, 2 nəfər də Vəramin şəhərində olmaqla 21 nəfər dara çəkilib. Bu həftə isə 1 nəfər Zahidan şəhərində edam edilib.

AzNews.az
Bağla X