03:58
(077) 610-22-33

Berezovskinin dəfn tarixi açıqlandı

  • >
200 3 May 2013 21:06 | Region

Boris Berezovskinin dəfn tarixi açıqlanıb. Onun dəfn mərasimi mayın 6-na planlaşdırılıb.


Mərasim Londonda baş tutacaq. Berezovskinin Londonun Çelsi rayonunda yerləşən Hannersberi məzarlığında dəfn ediləcəyi bildirilir. Onu dostu filosof Aleksandr Pitiqorskinin məzarı yanında basdıracaqlar. İnformasiyanı Temz-Velli dairəsinin polisi də təsdiq edib.

Xatırladaq ki, oliqarx martın 23-də öz evində ölü olaraq tapılmışdı. Ekspertiza nəticəsində Berezovskinin qabırğasının qırıldığı və onun boğazında ip izinin olduğu müəyyənləşmişdi. Dostları B. Berezovskinin intihar etməsi versiyasını inandırıcı hesab etmirlər.//anspress//

AzNews.az
Bağla X