23:05
(077) 610-22-33

Nüvə enerjisi sahəsində saziş imzalandı

  • >
117 3 May 2013 21:16 | Region

Türkiyə ilə Yaponiya arasında nüvə enerjisi sahəsində saziş imzalanıb.


Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyədə atom elektrik stansiyasının tikintisi üçün 22 milyard dollarlıq investisiya razılaşması əldə olunub.

Məlumatda deyilir ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan və Yaponiyanın baş naziri Sindzo Abe iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdirilməsi üçün saziş imzalayıblar.

Mətbuat üçün keçirilmiş konfransda Ərdoğan deyib ki, Türkiyə və Yaponiya AES-in inşası istiqamətində daha bir addım atıb.

"Bu addım çox əhəmiyyətlidir. Biz həmçinin, Rusiya ilə Mersin-Akkuyuda AES-in inşası üçün də danışıqlar aparırıq. Hazırda isə biz Yaponiya ilə başqa AES-in tikintisi üzrə razılaşma əldə etdik" - deyə Ərdoğan əlavə edib.

AzNews.az
Bağla X