“Sarkisyan həbs olunmalıdır “- VİDEO

İrəvanda Erməni Milli Konqresinin fəalları 2 ildən 6 il müddətinə həbs olunmuş gənc silahdaşlarının müdafiəsi üçün Ermənistan Baş Prokurorluğu qarşısında növbəti etiraz aksiyasını keçiriblər.

Piket iştirakçılarının əllərindəki şüarlarda həbs olunmuş gənclərin azadlığa buraxılması, "ədalətsiz" qərar qəbul edən hakimin cəzalandırılması, "cinayətkar hakim Respublikaçılar Partiyasının ləğv olunması", "azad Ermənistan" tələbləri yazılıb.

Bir qadın əlində prezident Sarkisyanın şəkli çəkilmiş və "siz hələ azadlıqdasınız?" yazılmış plakat olub.

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi EMK Partiyasının gənc fəalları Tiqran Arakelyan xuliqanlıq və polisə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur və 6 il müddətinə, Sarkis Qevorqyan, David Kiramicyan və Artak Qevorqyan xuliqanlıq maddəsi ilə 2-dən 3 ilədək həbsə məhkum ediliblər. Onların daha üç yoldaşına 2 il müddətinə şərti həbs qətimkan kəsilib.

Xatırladaq ki, 9 avqust 2011-ci ildə yeddi EMK fəallı ilə polis arasında insident baş verib.

Gənclər bir neçə başqa gənclərin üstünü yoxlayan polisin hərəkətlərini qeyri-qanun olduğunu bildirib. Onların dediyinə görə, polis əməkdaşları yardım çağırıb EMK fəallarını döyüb və həbs ediblər.

Polis əməkdaşlarının ifadələrinə görə, EMK fəalları onları təhqir edib və dava salıblar, Tiqran Arakelyan isə polis maşınında başı ilə bir polis əməkdaşının burnunu yaralayıb.//anspress//

AzNews.az