01:56
(077) 610-22-33

İran XİN: “Onlar İrana turist kimi səfər ediblər, amma...

  • >
163 5 May 2013 09:51 | Region

İranın xarici işlər nazirliyindəki mənbə həbs edilən iki azərbaycanlı barədə məlumat yayıb. ANS PRESS-in İranın İSNA saytına istinadən yaydığı xəbərə görə, həbs edilənlər qeyri-qanuni əlaqələr qurmaqda ittiham edilirlər. "Onlar İrana turist kimi səfər ediblər. Amma qeyri qanuni işlər görüb, qanunla qadağan edilən əlaqələr qurublar. Onlara qarşı irəli sürülən itihamlar İran Məhkəmə sistemi tərəfindən araşdırılır".

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid köməkçisi Şamxal Hüseynovla birlikdə aprelin 30-da Təbrizdə həbs edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələnin diqqət mərkəzində olduğunu bildirib. "Məlumatlar qeyri-rəsmi mənbəyə istinadən yayılıb, rəsmi xəbər deyil. Ümidvarıq ki, məsələyə yaxın gələcəkdə aydınlıq gətiriləcək. Azərbaycan vətəndaşının aqibəti prioritetdir. Məsələ diqqət mərkəzindiər", XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Bundan əvvəl Təbrizdəki konsulluq bildirib ki, sorğusuna verilən cavabda iki vətəndaşın saxlanılması təsdiqlənib, lakin onların harada və nə səbəblə saxlanılması barədə məlumat verilməyib.

Xanım Xalidin oğlu anası ilə sonuncu dəfə telefonla aprelin 30-da danışdığını deyərək olay barədə mətbuatdan öyrəndiyini söyləyib.

Qeyd edək ki, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, daha bir Azərbaycan vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir.

AzNews.az
Bağla X