İranın əmək naziri təsdiq edildi

İran Parlamenti Əsədulla Abbasini əmək və sosial təminat naziri vəzifəsinə təsdiq edib. Bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.

200 deputat lehinə, 40-ı əleyhinə səs verib, 12 deputat isə bitərəf olub.
Qeyd edək ki, İran parlamenti fevralın 3-də keçmiş əmək və sosial təminat naziri Əbdülrza Şeyxülislamini Tehranın keçmiş baş prokuroru Səid Mürtəzəvini Sosial Təminat Təşkilatının rəhbəri təyin etdiyinə görə istefaya göndərib. Parlamentin 2010-cu il yanvarın 10-da dərc olunmuş məruzəsində Mürtəzəvinin ünvanına 2009-cu ilin iyununda keçirilmiş prezident seçkilərində siyasi iğtişaşlarda iştirak etməkdə ittiham olunan 147 məhbusun Kazirak həbsxanasına göndərilməsi, orada onların lazımi saxlanma şəraiti ilə təmin olunmamasına dair ittiham səsləndirilir.

AzNews.az