10:30
(077) 610-22-33

"İran - Azərbaycan münasibətlərini pozmağa cəhd edən qüvvələr var"

  • >
211 5 May 2013 16:22 | Region

Tehran və Bakı arasında münasibətləri korlamağa cəhd edən müəyyən qüvvələr var. Trend IRNA agentliyinə istinadən məlumat verir ki, bu barədə İranın müdafiə naziri, briqada generalı Əhməd Vahidi bildirib.

Onun sözlərinə görə, müəyyən qüvvələr İranın qonşu ölkələr, o cümlədən Azərbaycanla qarşılıqlı münasibətlərini pozmağa cəhd edirlər.
"Lakin Tehran heç vaxt buna imkan verməyəcək", - nazir deyib.

Vahidi qeyd edib ki, qonşu ölkələrlə əməkdaşlığın və dost münasibətlərinin qurulması rəsmi Tehranın xarici siyasətinin əsas prinsiplərindən biridir.

AzNews.az
Bağla X