10:30
(077) 610-22-33

Baş nazirin çıxışı siyasi dairələrdə gərginliyə səbəb oldu

  • >
452 5 May 2013 21:20 | Region

Gürcüstanın baş naziri Bidzina İvanişvilinin ötən həftə ölkə əzrazisində terrorçuların təlim keçməsi haqda hökumətdə məlumatların olmasına dair açıqlamaları siyasi dairələrdə əməlli-başlı gərginlik yaradıb.

Müxalifətlə yanaşı, hakimiyyətdə də bu bəyanatın ölkənin imici üçün problem yaradacağını düşünənlər var. Məhz bu səbəbdən paytaxt Tiflisdə bu mövzuda ehtiyatla danışmağa üstünlük verirlər.

Baş nazir Bidzina İvanişvilinin bu cür bəyanatının mənbəyinin 2012-ci ilin avqustunda pankisi dərəsində, Lapota kəndinin yaxınlığında keçirilmiş xüsusi əməliyyat olduğu bildirilir. Xatırladaq ki, həmin vaxt Rusiya Federasiyasından gizli yolla Gürcüstana daxil olan silahlılarla Gürcüstan hüquq mühafizə orqanlarının əməkdaşları arasında atışma baş vermişdi.

Atışma zamanı Gürcüstan tərəfdən 3 polis nəfəri, silahlı dəstədən isə 11nəfər həlak olmuşdu. İvanişvili iddia edir ki, bu dəstdə Gürcüstanda təlim keçmiş və bütün baş verənlər sadəcə Mixail Saakaşvili tərəfindən qurulmuş bir teatr səhnəciyi idi. İvanişvilinin sədri olduğu "Gürcü arzusu" partiyasının üzvü, parlamentin təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili bu məsələdə baş nazir qədər əmin olmasa da, istintaqın bütün suallara aydınlıq gətirəcəyinə ümid edir: "Hazırki mərhələdə bu yalnız şübhələrdi, amma qeyd edim ki, hal-hazırda istintaq gedir. Bir komitə sədri kimi, mənə də kifayət qədər məlumatlar daxil olur, amma mən hələlik tələsmirəm və istintaqın bitməsini gözləyirəm".

Prezident Mixeil Saakaşvilinin tərəfdarları üçün isə bu ittihamlar cəfəngiyyatdan başqa bir şey deyil. Partiyanın parlamentdəki təmsilçilərindən biri, keçmiş hökumətdə baş nazirin müavini postunu tutmuş Giorgi Baramidzeyə görə, bu cür düşüncəsiz bəyanatlar ölkəyə zərər gətirə bilər: "Çox təəssüflər olsun ki, baş nazir Bidzina İvanişvili terrorçuların Gürcüstanda təlim keçməsi və onların digər ölkələrə göndərilməsi barədə bəyanat yayıb. Bu cür bəyanat Gürcüstana baha başa gələcək və 3-cü qüvvələr mütləq bundan istifadə edəcəklər".

Deyəsən üçüncü qüvvələr elə də çox gözlətmədilər. Artıq Gürcüstanda terrorçuların təlim keçməsi və onların düşərgələrinin olması barədə Çeçenistanın prezidenti Ramzan Kadırovun dilindən Rusiyanın NTV kanalında onun iştrak etdyi bir Tok Şouda səsləndirilib. Onun sözlərinə görə, bu cür düşərgələr Gürcüstan ərazilərində çoxdan fəaliyyət göstərir.

Çeçenistan prezidenti Ramzan Kadirov: "Ruslan Gilayev və Bostonda terror törətmiş Tsarnayev qardaşları Gürcüstanda təlim keçiblər. Bu da ondan xəbər verir ki, Gürcüstanda hələ çox əvvəldən terroçulara xüsusi təlimləri keçirilir və onlar başqa-başqa ölkələrə göndərilir. Təəsüflər olsun ki, ABŞ bunu bilsə də gizlədirdi".

Ekspertlər hesab edir ki, Bidzina İvanişvilinin ortaya atdığı səs-küylü məsələ çox maraqlı nüanslar üzə çıxara biləcək.

Hərbi ekspert İrakli Aladaşvili: "Lapato əməliyatından sonra çoxlu suallar yaranmışdı. Bu suallar bu əməliyyatı aparanlara aid idi. Əməliyyat necə aparılır, qəbul olunmuş qərarlar necə icra olunur və s. Ombudsman tələb edib ki, bu işin istintaqı ya parlamentdə yaradılmış istintaq qrupu, ya da başqa aiddiyatı qurumlar tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən aparılsın".

Onu da qeyd edək ki, baş nazir Bidzina İvanişvili NATO Parlament Assambleyasının Gürcüstanda bu günlərdə keçirilən seminarı zamanı terrorçuların Gürcüstanda təlim keçmələrinə dair dediklərini korrektə etməyə çalışaraq bu məsələ ilə bağlı sadəcə şübhələrin olduğunu söyləyib. Amma ox artıq yayından çıxıb. Yəqin ki, Gürcüstanın yeni hökuməti bu bəyanatın ağrılarını bir qədər sonra hiss etməyə başlayacaq.//anspress//

AzNews.az
Bağla X