18:09
(077) 610-22-33

Əhmədinejat Allahdan kömək istədi

  • >
364 5 May 2013 20:47 | Region

“Allahın köməyi ilə Azərbaycan min il bundan sonra da İran olacaq”



"Bura Azərbaycan və İrandır. 500 və hətta 1000 il bundan əvvəl də İran idi. Hətta 5 min bundan əvvəl də İran idi. Allahın köməyi ilə min il bundan sonra da İran olacaq. Və biz bu şəraitdən Allahın lütfü ilə çıxacağıq". Bu fikri İran prezidenti Əhmədinejat bu gün Qərbi Azərbaycanda keçirdiyi görüşdə səsləndirib.

Görüşlərə Urmu gölünün quruması fikrinə münasibət bildirən prezidentin çıxışı hökumətin gölün qurumasının qarşısını almaq üçün heç bir layihəsi olmadığını da ortaya qoyub: "Gölün qurumaması üçün iki yol var. Biri budur ki, dövlət və yerli əhali suyun istifadəsini azaltsın. İkinci yol isə Allaha dua edib yağış yağdırmasını istəməkdir".

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X