10:18
(077) 610-22-33

5 azərbaycanlı fəal azadlıqdan məhrum edilib

  • >
104 6 May 2013 07:47 | Region

İranda 5 azərbaycanlı fəal barəsində məhkəmənin hökmü açıqlanıb. Bu barədə APA-ya hazırda Türkiyədə yaşayan, əslən Güney Azərbaycandan olan azərbaycanlı hüquq müdafiəçisi Elçin Hatəmi məlumat verib



O bildirib ki, Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi doktor Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadənin hər birini 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib:"Azərbaycanlı fəallar rejim əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat qurmaqda günahlandırılıblar".

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. Aprelin 24-dən Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsində azərbaycanlı fəalların məhkəmə prosesi başlayıb.


Onları məhkəmədə vəkil Cəfər Əfşarniya müdafiə edib. L. Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər.

AzNews.az
Bağla X