Acun İlıcalı, Cem Yılmaz və Seda Sayan da 100 nəfərlik siyahıdadır Acun İlıcalı, Cem Yılmaz və Seda Sayan da 100 nəfərlik siyahıdadır

Türkiyənin vergi rekordmenləri

Acun İlıcalı, Cem Yılmaz və Seda Sayan da 100 nəfərlik siyahıdadır




Türkiyədə 2012-ci ilin vergi rekordmenləri açıqlanıb.

Siyahıda birinci yeri dövlətə 26 milyon 876 min 425 lirə vergi ödəyən Koç Holdinq İdarə Heyətinin üzvü Səmahat Sevim Arsel tutub.

İkinci yerdə isə Koç Holdinqin fəxri prezidenti Rəhmi Koç gəlir. Rəhmi Koç 2012-ci ildə dövlətə 26 milyon 107 min 488 lirə vergi ödəyib.

Siyahıda sonrakı yerləri Suna Kıraç, Mustafa Koç, Ömər Koç, Şarık Tara, Əli Koç tutub. Siyahıdakı 8-ci və 10-cu yerlərin sahibləri adlarının açıqlanmasını istəməyiblər. 9-cu yerdə isə Aydın Doğan qərar tutub.
Gəlir vergisi rekordmenləri arasında Acun İlıcalı, Cem Yılmaz və Seda Sayanın da adları var. Acun İlıcalı siyahıda 30-cu, Cem Yılmaz 50-ci, Seda Sayan 92-ci yerdədir.

AzNews.az