08:48
(077) 610-22-33

İran Azərbaycanın notasına cavab vermir

  • >
227 6 May 2013 10:15 | Region

Elman Abdullayev: “Ümid edirik ki, İran XİN Xalidə Xalidin saxlanılması barədə bizi məlumatlandıracaq”




Azərbaycan XİN İran KİV-də Azərbaycan vətəndaşlarının saxlanılması barədə yayılan, rəsmi şəkildə təsdiqlənməyən məlumatları şərh etmək niyyətində deyil. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan XİN nümayəndəsi Elman Abdullayev bildirib.

İran KİV tərəfindən ötən həftə İranda hüquq mühafizə orqanları tərəfindən saxlanılan Azərbaycan vətəndaşı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, şərqşünas alim Xalidə Xalidin casusluqda ittiham olunduğu barədə məlumat yayılıb.

Elman Abdullayevin sözlərinə görə, İran tərəfi Xalidə Xalidin saxlanılması və onun yeri haqqında Azərbaycan tərəfinin notasına cavab verməyib. O vurğulayıb ki, Azərbaycanın İrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğu ölkə XİN-in tapşırığı əsasında bu istiqamətdə işlər aparır.

"Bizim vətəndaşlarımızın taleyi Azərbaycan XİN üçün prioritetdir və ölkə öz vətəndaşlarının hüquqlarını təmin etmək üçün əlindən gələni edəcək. Ümid edirik ki, İran XİN Xalidə Xalidin saxlanılması barədə bizi məlumatlandıracaq", - Abdullayev bildirib.

AzNews.az
Bağla X