Əsgərlər 72 qadın və uşağı doğradı

Suriyada Bəşər Əsədin ordusu aralarında qadın və uşaqların da olduğu 72 nəfəri yandırdığı, bıçaqla doğradığı ortaya çıxıb.

Hadisə Suriyanın Baniyas şəhərində baş verib. Türkiyə mətbuatının yazdığına görə, yayılan foto və videogörüntülərdə ümumilikdə 250 nəfərin öldürüldüyü bildirilir. Onlardan 72 nəfəri isə xüsusi amansızlıqla qətlə yetirilib.

Qadınların müxtəlif orqanları kəsilib, uşaq cəsədlərinin üzərində isə yanıq izlərinin olması onların yandırıldığını söyləməyə əsas verir. "Edlib News Network"un yaydığı görüntülərdə Baniyas şəhərinin küçələrində üst-üstə qalaqlanan cəsədlər görünür.

Elnarə Əlosmanqızı
AzNews.az