13:52
(077) 610-22-33

“AMEA-nın elmi işçisi və sürücüsü ETTELAT-ın nəzarətində saxlanılır“

  • >
99 7 May 2013 09:29 | Region

"İranda qanundan kənar və qeyri-adi hərəkətlər törədən xarici vətəndaşların hər bir hərəkətini bizim təhlükəsizlik qüvvələri diqqətlə izləyir və onlara qarşı ölçü götürür"

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmapərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında İranın "Səhər" kanalının Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsünün saxlanılması ilə bağlı suala cavab verərkən deyib. Trend-in məlumatına görə, bu barədə İRİNN xəbər kanalı məlumat verir.

Mehmanpərəstin sözlərinə görə, İran və Azərbaycan rəsmilərinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olmalarına və buna çalışmalarına baxmayaraq, bəzi ifratçı şəxslər və qüvvələr çalışırlar ki, iki ölkə arasındakı yaxşı münasibətləri korlasınlar.

Mehmanpərəst Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynovun hazırda İranın Təhlükəsizlik Qüvvələrinin (ETTELAT) nəzarətində saxlanıldığını deyib və bildirib ki, onların işi araşdırılır.

Xatırladaq ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.

AzNews.az
Bağla X