Ərdoğan Türkiyə üçün əsas məsələni açıqladı

Bu gün Türkiyə üçün əsas məsələ terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinin ölkədən çıxmasıdır. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, PKK üzvlərinin Türkiyədən çıxacağı dəqiq tarixi söyləmək yanlış olar.

"PKK yaraqlıları Türkiyəyə haradan gəlmişdilərsə, oraya da qayıdacaqlar. Bunun nə vaxt baş verəcəyini dəqiq demək olmaz. Hazırda Türkiyə üçün ən vacib məsələ yaraqlıların ölkədən çıxmasına nail olmaqdır", - Ərdoğan bildirib.

AzNews.az