İranın İsfahan vilayətində 3 nəfər edam edilib İranın İsfahan vilayətində 3 nəfər edam edilib

İranda daha 3 nəfər edam edildi

İranın İsfahan vilayətində 3 nəfər edam edilib




APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında və alğı-satqısında günahlandırılıblar.

Onlardan 77 kq heroin və krak adlı narkotik maddələr götürülüb. Məhbusların ad və soyadları açıqlanmayıb. Onlar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 7-də səhər saatlarında İsfahan şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Qeyd edək ki, "Amnesty İnternational" təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci yerdə olan bu ölkədə 2012-ci ildə 580 nəfərin edam edildiyini açıqlayıblar.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, 4 nəfər Əraq şəhərində, 1 nəfər isə Zahidan şəhərində edam edilib. Bu həftə isə 3 nəfər Kirmanşah şəhərində dara çəkilib.

AzNews.az