Kimya zavodunda güclü partlayış

Bu gün İranın İsfahan şəhərində yerləşən yeni "Yalda" kimya zavodunda partlayış olub. Bu barədə Trend cümə axşamı "Mehr" agentliyinə istinadən məlumat verir.

Partlayış zavod istismara verildikdən sonra baş verib.
Alov müəssisədən yüz metr məsafayə yayılıb.

Hadisə yerinə polis və yanğınsöndürmə briqadaları gəlib, hazırda vəziyyət nəzarət altındadır.

Partlayış nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.

AzNews.az