20:36
(077) 610-22-33

“Gürcüstan Azərbaycandan başqa heç bir ölkədən ucuz qaz ala bilməz”

  • >
184 9 May 2013 12:10 | Region

"Gürcüstan Azərbaycandan başqa heç bir ölkədən ucuz qaz ala bilməz"

Bu bəyanatla Gürcüstanın baş naziri Bidzina İvanişvili çıxış edib.

O, Gürcüstana ucuz qaz satdığına görə Azərbaycana və şəxsən prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Bu cür ucuz qazı biz heç bir ölkədən ala bilmərik".

Baş nazir Gürcüstan prezidenti Mixail Saakaşvilini energetika naziri Kaxa Kaladzenin fikirlərini təhrif etməkdə ittiham edib: "Kaxa Kaladze onu nəzərdə tutub ki, Rusiya ilə elektroenergetika sahəsində əlaqələr quracağıq, qaz sahəsində yox. Biz Azərbaycanla energetika sahəsində əməkdaşlıqdan razıyıq".

Qeyd edək ki, Kaxa Kaladze mətbuata açıqlamasında Gürcüstanın Rusiyadan qaz ala biləcəyini istisna etməyib. Prezident Mixail Saakaşvilinin kəskin tənqidindən sonra Gürcüstanın energetika naziri söylədiklərini təkzib edib və bu məsələ ilə bağlı Rusiya ilə heç bir danışıqlar aparılmadığını söyləyib.//apa//

AzNews.az
Bağla X