“BU ÖLKƏ AZƏRBAYCAN GƏLƏCƏKDƏ BEŞ MUXTARİYYƏTDƏN İBARƏT OLACAQ” “BU ÖLKƏ AZƏRBAYCAN GƏLƏCƏKDƏ BEŞ MUXTARİYYƏTDƏN İBARƏT OLACAQ”

Separatçılar Azərbaycanı “bölüşdürdü” - EKSKLÜZİV

“BU ÖLKƏ AZƏRBAYCAN GƏLƏCƏKDƏ BEŞ MUXTARİYYƏTDƏN İBARƏT OLACAQ”


"Güman edirəm ki, Azərbaycan gələcəkdə beş muxtariyyətdən ibarət olacaq. Bunlar mərkəzi Stepanakert olmaqla Dağlıq Qarabağ, mərkəzi Lənkəran olan Talış, mərkəzi Qusar olan Ləzgi və mərkəzi Zaqatala olan Avar muxtariyyətləridir. Bir muxtar respublika isə Azərbaycanda var. Bu Naxçıvan Muxtar Respublikasıdır. Əgər Azərbaycan federallaşmaya getməsə, onun daxilində böyük gərginlik yaşanacaq. Beynəlxalq aləmdə isə problemlərlə üz-üzə qalacaq".

Bu separatçı bəyanatla "Avar Milli Mədəni Muxtariyyəti" adlı qurumun sədri, Mahaçqala şəhərində nəşr edilən "Novoe delo" qəzetinin baş redaktoru Marko Şaxbanov çıxış edib. Şaxbanov Azərbaycanda və Gürcüstanda yaşayan avarların vəziyyətinə də toxunub. Separatçı bir qədər də irəli gedərək bildirib ki, guya Azərbaycanda məskunlaşmış avarların sayı 200 min nəfərdir.

Bu mövzuda başqa bir xəbər də almışıq. Məlumata görə, adıgedən mədəni muxtariyyətin Dağıstan bölməsinin sədri Umaxanovun təşəbbüsüylə Azərbaycan və Gürcüstanının Dağıstanla sərhəd kəndlərində şəkildə gördüyünüz bu tip vəsiqələr paylamaq qərarına gəlinib. Məqsəd Milli Mədəni Muxtariyyətə daha çox üzv cəlb etməkdir.

Məlumata görə, artıq Mahaçqalada yayınlanan "Avar radiosu"nun yayım diapazonunun genişləndirilməsi də razılaşdırılıb. Bundan başqa "Dir Vatan" ("Mənim Vətənim") adlı qəzetin də nəşri, onun Azərbaycan ərazisində kompakt şəkildə yaşayan avarlar arasında paylanması planlaşdırılır.

Sübhan
AzNews.az
image description image description