20:41
(077) 610-22-33

İranda 6 bal gücündə zəlzələ

  • >
84 11 May 2013 07:35 | Region

Bu gün İranın cənubunda 6,2 bal gücündə zəlzələ baş verib



Trend-in verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 160 kilometr şimal-şərqdə olub.

Yeraltı təkanların ocağı 36 kilometr dərinlikdə qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, cümə günü gecə saatlarında İranın Şimali Xorasan əyalətinin inzibati mərkəzi Bojnurd şəhərində Rixter cədvəli üzrə 3.1 və 4.2 bal gücündə iki zəlzələ baş verib.

AzNews.az
Bağla X