21:01
(077) 610-22-33

Vladimir Putin: “Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik“ - VİDEO

  • >
65 11 May 2013 14:20 | Region

Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik və əlimizdən gələni də edəcəyik ki, ölkə dağılmasın.

Bu bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib. Amma maraqlısı budur ki, bu gün çox az dövləti Suriyanın ərazi bütövlüyü maraqlandırır. İndi Amerika və Avropanın əsas diqqəti bu ölkədə kimyəvi silahdan istifadənin dayandırılmasıdır.

Türkiyə ölkə sərhədlərinə sığınan və xəsarət almış suriyalıları kimyəvi silah yaraları almasına dair müayinədən keçirir. Bu barədə dünən İordaniyaya səfəri zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyanat verib.

Davudoğlu müvafiq sınaqlardan sonra, müayinə nəticələrinin ictimaiyyətə açıqlanacağını diqqətə çatdırıb. Türkiyəli rəsminin bu bəyanatı Suriyada Bəşər Əsəd rejimi ilə onu devirməyə çalışan üsyançılar arasında kimyəvi silahlardan istifadə olunduğu haqqında qızğın söz-söhbətlərin getdiyi bir vaxta təsadüf edib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu: "Bəzi hücumlar zamanı kimyəvi silahlardan istifadə olunduğu haqqında söz-söhbətlər gəzir. Biz bütün bunlara kifayət qədər ciddi yanaşmışıq. Həmin vaxtdan etibarən, Suriyadan gələn insanları müayinələrdən keçiririk. Deyə bilərəm ki, kimyəvi silahların istismarı ilə bağlı bəzi izlər var. Habelə buna tam əmin olmaq üçün biz bu sınaqları davam etdiririk və sınaqların nəticələrini BMT agentlikləri və istənilən maraqlı ölkə ilə paylaşacağıq".

Eyni zamanda, ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Əsəd rejiminin 200-ə yaxın kimyəvi başlıqlı raketlər buraxdığını bildirib. ABŞ-ın NBC kanalına verdiyi müsahibədə, o, bu iddialarının raketlərin qalıqlarına, fotoşəkillərə, kəşfiyyat və tibbi raportlara əsaslandığını bildirmişdi.

B.Britaniya baş naziri Devid Kemeron isə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Suriya münaqişəsini müzakirə edib. Rusiya və B.Britaniya liderləri Suriya münaqişəsinin həlli istiqamətində bir sıra mümkün addımları götür-qoy edib.

B.Britaniyanın baş naziri Devid Kemeron: "Heç kimə sirr deyil ki, münaqişənin ən əlverişli çözüm yolu ilə bağlı baxışlarımız müxtəlifdir. Habelə fundamentlal məqsədimiz birdir- bu ölkədə münaqişəyə son qoymaq, Suriyanın parçalanmasının qarşısını almaq, xalqa hökuməti seçmək imkanı vermək və zorakı ekstrimizmin yayılmasına imkan verməməkdən ibarətdir".

Putin isə, öz növbəsində, Suriyada zorakılığa son qoymaqla hər iki tərəfin ölkənin ərazi bütövlüyünün qorunmasında maraqlı olduğunu ifadə edib və ümumi maraqlarına daxil olduğunu bildirib.//anspress//

AzNews.az

Bağla X