11:15
(077) 610-22-33

Telekanallara qadağa qoyuldu

  • >
6 204 12 May 2013 12:04 | Region

Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsindəki törədilən terror aktının işıqlandırılmaması üçün Kütləvi İnformasiya Vasitələrinə qadağa qoyulub.



Modern.az türk mətbuatına istinadən xəbər veriri ki, bunun bağlı KİV orqanlarına rəsmi xəbərdarlıq edilib.

Bildirilib ki, hadisə yerindən canlı veriliş hazırlamaq, ölü və yaralıları görüntüləmək, yazılı və səsli çəkilişlər aparmaq qadağandır. Qeyd edək ki, dünən Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsindəki bələdiyyə binasının yaxınlığında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb, 29-u ağır olmaqla 100 nəfərdən çox adam yaralanıb. Terror aktının Suriyadakı rejimə bağlı "El Muhaberat" örgütüyle əlaqəli olduğu bildirilib. Partlayışla əlaqədar şübhəli bilinin 5 nəfər saxlanılıb.

AzNews.az
Bağla X