“Fənərbaxça”nın azarkeşi derbidən sonra öldürüldü

Dünən keçirilən "Fənərbaxça" "Qalatasaray" oyunundan sonra ölüm hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, 20 yaşlı "Fənər"azarkeşi olan Burak Yıldırım naməlum şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisə derbidən sonra baş verib. Oyun bitdikdən sonra avtobusa minib evə gedən Burak mənzilinə yaxın dayanacaqdan avtobusdan düşüb və ora yaxın bir yerdə, qaranlıq küçələrin birində naməlum şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb.

Gənc azarkeş xəstəxanaya çatdırılsa da, onu xilas etməm mümkün olmayıb.


AzNews.az