18:15
(077) 610-22-33

Türkiyədə güneyli fəallara dəstək AKSİYASI

  • >
3 043 13 May 2013 08:44 | Region

Güney Azərbaycanda fəaliyyət göstərən Yeni GAMOH təşkilatının sədri və qurumun Mərkəzi Komitəsinin 4 üzvünün hər birinin 9 il azadlıqdan məhrum edilməsi etirazlara səbəb olub. Növbəti etiraz aksiyası bu ölkənin
Türkiyədəki səfirliyi qarşısında keçirilib.

AzNews.az-a məlumatına görə, aksiyada Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH), Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC), Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi, Azərbaycan-Krım İnsan Haqlari Dərnəyi, Göybörü Türkləri Dərnəyinin üzvləri iştirak edib.

İran əleyhinə şüarların səsləndirildiyi aksiyada qətnamə oxunub. GADP nümayəndəsi Mahmud Bilgin Yeni GAMOH-a olan təzyiqlər və liderlərin həbsi barədə danışaraq bunu İran adlanan ölkədə insan haqlarının tapdalanması kimi qiymətləndirib.

Məlumat üçün bildirək ki, Təbriz İnqilab Məhkəməsinin qərarı ilə Yeni GAMOH təşkilatının sədri, doktor Lətif Həsəni, qurumun Mərkəzi Komitəsinin üzvləri Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə ümumilikdə 45 il azadlıqdan məhrum ediliblər.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X