17:52
(077) 610-22-33

“ABŞ rəsmilərini Ermənistana təzyiq göstərməyə çağırıram“

  • >
134 13 May 2013 13:02 | Region

"Billings Gazette" nəşrində Montana Ştat Universitetinin professoru Tomas Qoltzun Şuşanın işğalının 21-ci ildönümünə həsr edilmiş məqaləsi dərc olunub.

APA-nın nəşrin saytına istinadən verdiyi məlumata görə, məqalədə T. Qoltz qeyd edir ki, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Şuşanın işğalı Ermənistanın etnik təmizlənmə siyasəti yürütməsinin və Azərbaycan mədəniyyət nümunələrini məhv etməsinin simvoludur: "18-ci əsrdə inşa olunan Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı olub və Azərbaycan mədəniyyətin, əsəbiyyətin və musiqinin beşiyi sayılırdı. 19-cu əsrin 70-ci illərdə azərbaycanlı usta Sadıqcan ilk dəfə burada tarın quruluş və formasında dəyişikliklər etməklə onu müasir formaya gətirib çıxardıb. Eyni zamanda Şuşa Azərbaycan klassik musiqisinin patriarxı, müsəlman dünyasında ilk operanın müəllifi Üzeyir Hacıbəyovun vətənidir".

Daha sonra T. Qoltz vurğulayır ki, Şuşanın işğalı zamanı 480 azərbaycanlı mülki şəxs öldürülüb, 600 nəfərdən çox insan yaralanıb, 22 000 nəfər isə qaçqın düşüb: "Eyni zamanda qadın və uşaqlar da daxil olmaqla 68 sakin girov götürülüb, 6800 ev, 44 məktəb, 279 tarixi əhəmiyyətə malik bina məhv olunub. Bu gün Şuşa kabuslar şəhərinə oxşayır. Mən Amerikada yaşayan azərbaycanlılara, "Pax Turcica İnstitute" üzvlərinə qoşularaq Şuşanın və digər Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalını pisləyirəm. Mən ABŞ rəsmilərini BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyanın qəbul etdiyi qətnamələri yerinə yetirmək üçün Ermənistan hökumətinə təzyiq göstərməyə çağırıram".

AzNews.az

Bağla X