04:15
(077) 610-22-33

Məşhur azərbaycanlı iş adamı həbs olundu

  • >
243 13 May 2013 13:11 | Region

Rusiyada yaşayan məşhur azərbaycanlı iş adamı, "Tülpan İlham " ləqəbi ilə tanınan Əliyev İlham Oruc oğlu Rusiya xüsusi xidmət orqanları tərəfindən həbs edilib. Bu barədə "Qafqazinfo"ya məlumat hüquq-mühafizə orqanlarından daxil olub.

Məlumata görə, Rusiyanın Sank-Peterburq şəhərində yaşayan məşhur azərbaycanlı iş adamı İlham Əliyev bu günlərdə xarici səfərdən qayıdarkən elə hava limanındaca saxlanılıb. Onun barəsində artıq iki aylıq həbs qətiimkan tədbiri seçilib. Məlumatlara görə, "Tülpan İlham" bir neçə qalmaqallı qətlin sifarişində ittiham olunur. Onun Rusiyada öldürülən bir neçə tanınmış avtoritetin sifarişini verdiyi deyilir. Əliyevin həbsi Sank-Peterburqdakı azərbaycanlı iş adamları tərəfindən birmənalı qarşılanmayıb. Maraq üçün deyək ki, hələlik Rusiya mətbuatı da bu barədə heç bir informasiya yaymayıb.

Qeyd edək ki, "Tülpan İlham " Rusiyanın bir çox şəhərlərində, xüsusən də Sank-Peterburqda fəaliyyət göstərən restoranlar şəbəkəsinin sahibidir. Azərbaycan mətbuatı onun barəsində ötən il qızına "Buta-Palace"da dəbdəbəli toy etməsi ilə bağlı məlumatlar yaymışdı.

AzNews.az
Bağla X