18:15
(077) 610-22-33

Onlar yalnız erməni zənginlərini öldürür

  • >
131 14 May 2013 14:39 | Region

AZƏRBAYCANLILARDAN İBARƏT MÜTƏŞƏKKİL DƏSTƏ AŞKARLANDI




Sank-Peterburqda sifarişli qətillərlə məşğul olan mütəşəkkil dəstə aşkarlanıb. Rusiya mətbuatının məlumatına görə, restoran sahibi Sarkis Petrikyanın ötən ilin mayında baş verən səs-küylü qətli ilə bağlı bəzi məqamlar aşkarlanıb. Killerlər onu başqa bir şəxslə Murad Muradyanla dəyişik salaraq öldürüblər.

Saxlanalar arasında icraçılarla yanaşı sifarişçilərin də olduğu bildirilir ki, bu zaman 48 yaşlı azərbaycanlı İlham Əliyev ("Tülpan İlham"- red.) və 52 yaşlı azərbaycanlı Əli Şahrzayevin adı hallandırılır. Onlarla yanaşı 43 yaşlı daha bir azərbaycanlı - Qabil Əsədov və qətlin təşkilatçısı Xalq Məhərrəmov saxlanılıb.

2012-ci ilin may ayında baş verən hadisə ilə bağlı yayılan son açıqlamalarda hüquq-mühafizə orqanları bildirib ki, killerlər İvanovski vilayətinin 3 sakini - İlya Sevryuqin, Roman Boqdanov və Aleksandr Avelin olub.

Dəstənin zərərsizləşdirilməsi iş adamı Murad Muradyanı ölümdən xilas edib. Belə ki, restoran biznesi ilə məşğul olan bu şəxsin ölümü artıq planlaşdırılıbmış. Onun ölümünü 53 yaşlı Əli Şahrzayevin sifariş verdiyi bildirilir ki, killerlər səhvən Muradyanın əvəzinə başqa bir erməni biznesmeni öldürüblər. Buna səbəb isə hər iki erməninin eyni sektorda çalışması və xarici görünüşlərinə görə bir-birinə bənzəməsi olub. Muradyanın ölümünə görə 3 milyon vəd edilən şəxslər yeni planı həyata keçirə bilmədən zərərsizləşdiriliblər.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X