18:09
(077) 610-22-33

Ərdoğan ABŞ-a səfərə gedib

  • >
65 14 May 2013 20:10 | Region

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ABŞ-a səfərə gedib



Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, baş nazir səfər öncəsi Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Reyhanlıda baş vermiş partlayışa toxunan Ərdoğan bildirib ki, o, ölkə kəşfiyyatının zəif olması fikrilə razı deyil.

"Bunu açıq şəkildə deyirəm ki, Şamda legal hökumət yoxdur, qeyri-qanuni idarəçilik var. Orada hakimiyyət devrilib, xalqı ilə müharibədə olan bir rejim var" - deyə Türkiyənin baş naziri vurğulayıb.
Partlayışla bağlı 13 nəfərin saxlanıldığını deyən Ərdoğan bildirib ki, araşdırmalar davam edəcək və o, səfərdən qayıdanadək çox şey dəyişəcək.

AzNews.az
Bağla X