Rus mafiyası qadınları seks köləsinə çevirib

London polisi gənc qızları seks köləliyinə vadar edən rus mafiyasının izinə düşüb. Mütəşəkkil dəstə həmçinin insan alveri və çirkli pulların yuyulması ilə məşğul olurmuş.

Polisin keçirdiyi əməliyyat nəticəsində Rusiya, Bolqarıstan və Latviyadan olan 10 qadın azad edilib. Mafiya onları fahişəliyə məcbur edirmiş.

Polisin məlumatına görə, əməliyyat nəticəsində 4 Rusiya vətəndaşı saxlanılıb.

Elnur
AzNews.az