18:59
(077) 610-22-33

6 nəfər namizədliyini geri götürdü

  • >
165 15 May 2013 08:31 | Region

Bu günə qədər İranda altı siyasətçi ölkə prezidentliyi postu uğrunda yarışdan öz namizədliyini geri götürüb




Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İRİB" agentliyi İran Seçki Komissiyasının üzvü Sülət Mürtəzəviyə istinadəın bildirib.
Agentlik Mürtəzəvinin çıxışına istinadən bildirir ki, öz namizədliklərini geri götürənlər sırasında - İranın birinci vitse-prezidenti Məhəmməd Rza Rəhimi, Kənd təsərrüfatı naziri Sadek Xalilian və prezidentin mətbuat məsələləri üzrə müşaviri Əli Əkbər Cavanfəkdə var.
Mürtəzəvi bildirib:

"Əgər öz namizədliyini geri götürmək istəyən insanlar varsa, onda onlar Daxili İşlər Nazirliyinə xüsusi bildiriş göndərməlidirlər".

Ölkədə prezident seçkilərində iştirak etmək istəyən namizədlərin rəsmi qeydiyyatdan keçirilməsi mayın 7-də başlanılıb və may ayının 11-də bitib. Ümumilikdə, 350 nəfərdən artıq insan prezident seçkilərində iştirak məqsədilə öz namizədliyini irəli sürüb. Onlardan yalnız 36-sı siyasətçi və ya ölkədə ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərən məşhur xadimlərdir.

AzNews.az
Bağla X