08:58
(077) 610-22-33

Türkiyədən BMT-yə şikayət olunacaq

  • >
152 15 May 2013 19:45 | Region

İraq Türkiyə ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edəcək


Lent. az-ın verdiyi məlumata görə, İraq Nazirlər Kabinetinin yaydığı yazılı bəyanatda qeyd olunur ki, PKK terrorçularının Türkiyəni tərk edərək İraqa daxil olması barədə razılaşma İraqın suverenliyinə hörmətsizlikdir, iki arasındakı qonşuluq münasibətlərinə və əməkdaşlığa zərbə vurur.

Bəyanatda Türkiyə və PKK arasında anlaşma sonucunda terrorçuların İraqa çəkildiyi qeyd edilir və İraq hökumətinin ölkəyə icazəsiz daxil olan PKK üzvlərini həbs etmək haqqı olduğu vurğulanır. İraq Nazirlər Kabinetinin bu gün keçirilən iclasında bununla bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edilməsi qərara alınıb. Bəyanatda İraq Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı Ərəb Dövlətləri Liqasına, o cümlədən Azərbaycanın da üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatına artıq yazılı müraciət olunduğu də qeyd edilib.

AzNews.az
Bağla X