22:25
(077) 610-22-33

Rövşən Lənkəranskinin taclandırdığı “qanuni oğru” həbs edildi - VİDEO

  • >
319 15 May 2013 20:38 | Region

Belorusiyalı “Mumu” Moskvaya gedərkən yaxalandı



Rusiyada Belorus kriminal aləminin tanınmış nümayəndəsi, "qanuni oğru" Oleq Gerasimovun məhkəməsi keçirilib.

Kriminal aləmdə "Mumu" və ya "Olqe Sluski" kimi tanınan bu şəxs narkotik maddələr saxlamaqda ittiham edilir. Bu il martın 19-da saxlanılan Mumu kiçik dəlıduzluğa görə 3 sutkanı təcridxanada keçirib. Daha sonra Minskdən Moskvaya gedən Mumunu hava limanında polislər qarşılayıb. İki saat davam edən məhkəmədə Mumu 6 ay həbsə məhkum eidilib.

Qeyd edək ki, Mumu 2012-ci ilin dekabrında Dubayda "taclandırılan" 4 beloruslu "qanuni oğru"dan biri idi. 60-a yaxın şəxsin iştirak etdiyi "sxodka"da taclandırılanlar Rövşən Lənkəranskinin də dəstəyini qazanmışdılar.

Elnur
AzNews.az

Bağla X