İranda casusluqda ittiham olunaraq həbs edilən azərbaycanlı elmi işçi Xalidə Xalidin ailəsi rəsmi dövlət qurumlardan narazılıq edib İranda casusluqda ittiham olunaraq həbs edilən azərbaycanlı elmi işçi Xalidə Xalidin ailəsi rəsmi dövlət qurumlardan narazılıq edib

Xalidə Xalidin ailəsi etiraz etdi

İranda casusluqda ittiham olunaraq həbs edilən azərbaycanlı elmi işçi Xalidə Xalidin ailəsi rəsmi dövlət qurumlardan narazılıq edib




Şəhriyarşünas-alimin oğlu Xalid Məmmədli Modern.az-a açıqlamasında 17 gündür İranda həbsdə olan anasından bir xəbər tutmadıqlarından narahat olduğunu deyib.

X. Məmmədli bildirib ki, Azərbaycanın Təbrizdəki Konsulluğu və Xarici İşər Nazirliyi onlara quru təsəllidən başqa heç bir köməklik etmirlər.

"Artıq 17 gündür ki, anam İranda saxlanılıb. Onunla bağlı bir kəlmə də olsa bizə məlumat vermirlər. Demək olar ki, hər yerə müraciət etmişik. Hər gün konsulluqla, Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamaqdan yorulmuşuq. Bizə bir kəlmə də olsa yeni məlumat vermirlər. Ancaq "narahat olmayın, hər şey yaxşı olacaq" deyə təsəllidən başqa heç nə demirlər. Axı nə qədər gözləmək olar?. Nə vaxt konsulluğa zəng edirsən deyirlər "danışıqlar aparırıq" başda heç nə"-deyə X.Məmmədli şikayət edib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid aprelin 30-da Təbrizdə İran xüsusi xidmət orqanları tərəfindən həbs olunub. İran tərəfi alimi casusluqda ittiham edib. Hazırda Azərbaycanın diplomatik nümayəndəliyi rəsmi Tehranla bu istiqamətdə danışıqlar aparır.


AzNews.az