20:25
(077) 610-22-33

Pakistanda vitse-prezidenti qətlə yetirildi

  • >
1 436 19 May 2013 08:10 | Region

Pakistanda "Ədalət uğrunda Pakistan hərəkatı" partiyasının liderlərindən biri olan Zəhra Şahid Hüseyn qətlə yetirilib.

APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər siyasətçini Kəraçidə yaşadığı evin qarşısında güllələyib.

Qeyd edək ki, "Ədalət uğrunda Pakistan hərəkatı" partiyasının lideri ölkədə böyük nüfuza malik olan, kriket üzrə keçmiş çempion İmran Xandır.

Xatırladaq ki, ötən şənbə Pakistanda parlament seçkiləri keçirilib.

Kəskin siyasi mübarizə müşahidə olunan Kəraçidə səslərin təkrar sayılması nəzərdə tutulub.

AzNews.az
Bağla X