23:49
(077) 610-22-33

İran Xarici İşlər naziri Azərbaycana gələcək

  • >
204 20 May 2013 13:50 | Region

İranın xarici işlər naziri Əli Əkbər Salehi yaxın vaxtlarda Azərbaycana səfər edəcək




Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və iranlı həmkarı Əli Əkbər Salehi arasında telefon danışığı zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

Məmmədyarov Salehini Azərbaycana səfərə dəvət edib.

AzNews.az
Bağla X