İran müxalifətinin iki ildən çoxdur həbsdə saxlanan lideri Mirhüseyn Musəviyə bağlı “Kaleme” saytı mayın 20-si axşam saatlarından paytaxt Tehranın bir sıra küçə və meydanlarının polis nəzarətinə götürüldüyü haqda məlumat yayıb İran müxalifətinin iki ildən çoxdur həbsdə saxlanan lideri Mirhüseyn Musəviyə bağlı “Kaleme” saytı mayın 20-si axşam saatlarından paytaxt Tehranın bir sıra küçə və meydanlarının polis nəzarətinə götürüldüyü haqda məlumat yayıb

Küçə və meydanlar polis nəzarətində- Tehranda

İran müxalifətinin iki ildən çoxdur həbsdə saxlanan lideri Mirhüseyn Musəviyə bağlı “Kaleme” saytı mayın 20-si axşam saatlarından paytaxt Tehranın bir sıra küçə və meydanlarının polis nəzarətinə götürüldüyü haqda məlumat yayıb




Bildirilir ki, paytaxtın Vəliyyi-əsr və Səadətabad küçələrinə, eləcə də şəhərin şimal və mərkəzi meydanlarına çoxlu polis və təhlükəsizlik qüvvələri yerləşdirilib.

Məlumatda bildirilir ki, Tehranda polis rejiminin hökm sürməsi İran Prezidenti Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin prezidentliyə namizədliyinin mümkün ləğvi və Əhmədinejadın buna hər hansı reaksiyası ilə əlaqələndirilir.

Prezidentliyə namizədlərin səlahiyyətlərini araşdıran İran Konstitusiyaya Nəzarət Şurası namizədlərin siyahısını mayın 21-də yayacaq. (mediaforum.az)

AzNews.az