08:11
(077) 610-22-33

Türklərin sevdiyi və bəyənmədiyi ölkələr - SİYAHI

  • >
338 23 May 2013 20:24 | Region

Türklərin qiymətləndirilməsində Almaniya lider, İsrail isə autsayderdir




BBC 2005-ci ildən başlayaraq dünya ölkələri ilə bağlı keçirdiyi sorğulara hazırda da davam edir. Belə ki, 2012-ci ilin dekabr- 2013-cu ilin aprel ayı ərzində 25 ölkədə 26,299 insan arasında sorğu keçirib. Həmin sorğuya görə, hazırda iqtisadi cəhətdən Hindistan və Çin insanların gözündə aşağı səviyyədədir.

Bu yaxınlarda BBC Türkiyədə ölkələrin səviyyələrinə görə aparılan sorğunun nəticələrini də açıqlayıb. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sorğunun nəticələrinə əsasən Türkiyədə 16 ölkə arasında ən yaxşılar arasında Almaniya və Yaponiya, ən aşağı səviyyədə isə İsrail qeyd olunub.

Məlumat üçün bildirək ki, BBC-nin təşkil etdiyi bu sorğu Kanada, ABŞ, Meksika, Peru, Braziliya, Çili, Polşa, Almaniya, İngiltərə, Fransa, İspaniya, Türkiyə, Yunanıstan, Misir, Qana, Nigeriya, Keniya, Rusiya, Pakistan, Hindistan, Çin, Yaponiya, Cənubi Koreya, İndoneziya və Avstraliyada keçirilib.

Çin, Hindistan, İngiltərə, Yaponiya, ABŞ, Almaniya, Kanada, Fransa, Braziliya, Pakistan, İsrail, İran, Cənubi Koreya, Şimali Koreya, Rusiya və Cənubi Afrikada keçirilən sorğularda iştirak edənlərdən Avropa Birliyi və yerdə qalan ölkələr haqqında fikirləri öyrənilib. Sorğunun nəticəsinə əsasən, aşağıdan ilk beşlikdə İran, Pakistan, Şimali Koreya, İsrail və Rusiya yer alıb.

Qeyd edək ki, 2005-ci ildən indiyədək keçirilən sorğularda bu il Almaniya ən müsbət baxılan ölkələr siyahısında Yaponiyanı üstələyərək birinci sırada yer alıb.

TÜRKİYƏNİN DÜNYAYA BAXIŞI


Almaniya: 46
Yaponiya: 46
Kanada: 43
Avropa Birliyi : 38
Braziliya: 38
İngiltərə: 31
Çin: 32
Cənubi Koreya: 30
Şimali Koreya: 30
Rusiya: 30
ABŞ: 27
Hindistan: 26
Pakistan: 22
Cənubi Afrika: 22
Fransa: 21
İran: 17
İsrail: 8

Xəyalə Məmmədova
AzNews.az
Bağla X