Türkiyə parlamenti ölkədə içkini qadağan edən qərar qəbul edib. Türkiyə parlamenti ölkədə içkini qadağan edən qərar qəbul edib.

Türkiyə şəriət yolunda: içki qadağan edildi

Türkiyə parlamenti ölkədə içkini qadağan edən qərar qəbul edib.




AzNews.az-ın Türkiyə mətbuatına istindən məlumatına görə, TBMM-in dünən gecəki iclasında qəbul edilən qərara görə spirtli içkilər axşam saat 22.00-dan səhər saat 06.00-ya qədər qadağan ediləcək.
Qərara görə, Türkiyədə bundan sonra spritli içkilər heç bir halda reklam edilməyəcək. Spirtli içki firmaları heç bir tədbirə öz emblemi ilə sponsorluq edə bilməyəcək. TV-də və ya seriallarda bundan sonra içkili səhnələr yığışdırılacaq.

Eyni zamanda, 18 yaşına çatmamış şəxslərə spirtli içki satılmayacaq.
Axşam saat 22:00-dan səhər saat 6-ya qədər ölkədə heç bir yerdə içki satılmayacaq. Bununla belə, içki satılmasına icazə verilən məkanlar daxilində spirtli içkilərdən istifadə qadağan edilməyib. Qadağa yalnız bu cür məkanlardan kənarda qüvvədədir.

Qeyd edək ki, spirtli içkilərin istehlakına bu cür qadağa Türkiyədə AKP hökumətinin ölkəni şəriət dövlətinə çevirmək niyyətinin olduğu ilə bağlı iddiaları gücləndirir.

Anar
AzNews.az