Polis vətəndaşa yeni aldığı bahalı avtomobili verib Polis vətəndaşa yeni aldığı bahalı avtomobili verib

Yol polisindən qadın sürücüyə jest

Polis vətəndaşa yeni aldığı bahalı avtomobili verib




Türkiyədə yol polisi avtomobilini cəriməyə apardığı vətəndaşa inanılmaz jest edib. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, yol polisi avtomobillərini texniki nasazlıq üzündən alaraq cərimə meydançasına apardığı ailənin gənc qızınn göz yaşlarına dözməyib. Polis həmin ailəyə yeni aldığı bahalı avtomobili verib.

Belə ki, Bursa yolunda bir ailə əsgər qarşılamağa gedərkən yol polisi tərəfindən saxlanılıb. Yol polisi Barış Karabatak avtomobili yoxlayıb. Avtomobilin mühərrikində texniki nasazlıq aşkarlayan yol polisi avtomolin yolda hərəkət etməsini təhlükəli olduğunu bildirib. Polis akt tərtib edərək avtomobili ailənin əlindən alıb. Ailə üzvləri yolda qalıb və onlar üçün heç bir avtomobil saxlamayıb. Avtomobili idarə edən gənc qız Gökhan Siphan nişanlısını qarşılamağa gecikdiyindən təsirlənib və göz yaşlarına qərq olub. Bu səhnəni görən yol polisi də dözməyib və yenicə aldığı bahalı avtomobili müvəqqəti olaraq onlara verib. Ailə əsgəri qarşılayıb qayıdanda, avtomobili polis qaytarıblar.

AzNews.az