05:49
(077) 610-22-33

Azərbaycanla Gürcüstan arasında dövlətlərarası saziş imzalanacaq

  • >
364 25 May 2013 16:14 | Region

Cənubi Qafqazda su resursları ilə bağlı Azərbaycan və Gürcüstan arasında dövlətlərarası saziş imzalanacaq.


Hökumətdən APA – ya verilən məlumata görə, hər iki ölkənin Xarici İşlər Nazirliyində bununla bağlı müxtəlif dövlət nümayəndələrindən ibarət xüsusi işçi qrupu yaradılıb.

Saziş layihəsi Avropa İttifaqının dəstəyi ilə hazırlanır. Sazişin mahiyyəti hər iki ölkənin ərazisindən keçən Kür çayının təbii resurslarından birgə istifadə və su hövzəsinin, onun təbii ehtiyatlarının birgə mühafizəsindən ibarətdir. Saziş qüvvəyə mindikdən sonra mütəmadi olaraq Kür vasitəsilə Azərbaycana gündən-günə artaraq daxil olan təhlükəli tullantı maddələrin birgə qarşısının alınması, bununla bağlı məsuliyyət və su resurslarından birgə istifadə rəsmiləşəcək.

Sazişdə Helsinki Konvensiyanın əsas prinsipləri əks olunacaq. Sənəd çərçivə xarakteri daşıyır. Bu, Azərbaycan müstəqillik qazandıqdan sonra su sektoru üzrə ilk dövlətlərarası saziş olacaq. İşçi qrupu işini tamamladıqdan, saziş layihəsi iki ölkənin rəsmi qurumları arasında imzalandıqdan sonra ratifikasiya edilməsi üçün hər iki ölkənin parlamentlərinə təqdim olunacaq. Gələcəkdə digər transsərhəd çaylarla da bağlı analoji sənədin qüvvəyə minməsi nəzərdən keçiriləcək.

AzNews.az
Bağla X