23:18
(077) 610-22-33

“Twitter”in qurucusu aksiyaçılara dəstək verdi

  • >
2 179 2 İyun 2013 10:12 | Region

Cek Dorsey “#direngeziparkı” sözlərini paylaşaraq aksiyaçıları dəstəklədiyini göstərib





Taksim "Gezi Parkı"nda həyata keçirilməsi planlaşdırılan layihəyə qarşı çıxan Türkiyə xalqına bir dəstək də "Twitter"in qurucusu Cek Dorseydən gəlib.

C. Dorsey "Twitter" sosial şəbəkəsində İstanbuldakı aksiyalara polisin bibər qazı və təzyiqli su istifadə edərək sərt müdaxilə etməsinə reaksiya göstərib.

O, hadisə ilə bağlı iki tvit paylaşıb. Əvvəlcə "Türkiyədən gələn xəbərlər qorxuducudur!" sözlərini yazan C. Dorsey, daha sonra da "#direngeziparkı" yazaraq aksiyaçıları dəstəklədiyini bildirib.

Qeyd edək ki, Türkiyədə bir çox media orqanı hadisələri işıqlandırmaqdan yayınsa da insanlar "Facebook" və "Twitter" sosial şəbəkələrindən baş verən hadisələrin detallarını bütün dünyaya çatdıra bilirlər.//anspress//

Qeyd edək ki, AzNews.az saytının TV bölməsində hadisə canlı yayımlanır. Türkiyədəki bu insidenti oradan da izləyə bilərsiniz.


AzNews.az
Top xəbərlər
Bağla X