06:04
(077) 610-22-33

Erməni qubernatorunun qonaqlığında atışma

  • >
1 365 2 İyun 2013 14:35 | Region

Ermənistanın Sünik vilayətinin qubernatoru Surik Xaçatryanın bağ evində yeyib-içmək məclisi zamanı silahlı atışma baş verib. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı məlumat verib.

Məlumata görə, yeyib-içmək məclisində yaranan mübahisədə atışma səsləri gəlib. Nəticədə Gorus şəhərinin meri vəzifəsinə keçmiş namizəd olmuş Avetik Budaqyan ölüb. Onun qardaşı – hərbi hissələrdən birinin komandiri Artak Budaqyan yaralanıb.

Həmçinin, Sunik vilayətinin qubernatorunun mühafizəçisi Nikolay Abramyan yaralanaraq xəstəxanaya yerləşdirilib. Qubernatorun özü heç bir xəsarət almayıb.

Hələlik bununla bağlı heç təfarrüat açıqlanmır. Yerli polis hadisə ilə bağlı heç bir açıqlama vermir.


AzNews.az
Bağla X