17:25
(077) 610-22-33

Parlamentinin 150 nümayəndəsi Qalibafı dəstəkləyir

  • >
1 666 2 İyun 2013 15:30 | Region

İran Parlamentinin 150 nümayəndəsi qarşıdan gələn prezident seçkilərində Məhəmməd Baqir Qalibafın namizədliyini dəstəklədiklərini elan ediblər.

Bunu Qalibafın seçki qərargahının sədri Hüseyn Müzəffər deyib.

Müzəffərin sözlərinə görə, həmin nümayəndələr səkkiz namizədin içərisindən Məhəmməd Baqir Qalibafın namizədliyini dəstəklədiklərini öz imzaları ilə təsdiqləyiblər.

İran KİV-lərinin məlumatına görə, Qalibafın seçki qərargahı tərəfindən indiyədək parlamentin 140 nümayəndəsinə müxtəlif əyalətlərdə nəzarətçi və ya məsləhətçi işləmələri haqqında sərəncamlar verilib.

Qeyd edək ki, Əli Əkbər Vilayəti, İran Parlamentinin deputatı Qulaməli Həddad Adil və Tehranın meri Məhəmməd Baqiq Qalibaf ölkədə prezident seçkilərilə əlaqədar "Üçlər ittifaqı"na daxildirlər.

İranda prezident seçkiləri 2013-cü il iyun ayının 14-də keçiriləcək.//trend//

AzNews.az
Bağla X